Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Mançester Yunayted" altı futbolçusuna yeni komanda axtarmağı tapşırıb
"Mançester Yunayted" yayda 6 futbolçu ilə yollarını ayıracaq.
Oxu.Az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi artıq yay üçün transfer planları hazırlayır.
Yeni oyunçuların transferi üçün vəsait əldə etməyə çalışan Mançester təmsilçisi hansı oyunçularla yollarını ayıracağını aydınlaşdırıb.
Belə ki, xüsusilə, kifayət qədər yüksək maaş alan müdafiəçi Viktor Lindelöf və yarımmüdafiəçi Kristian Eriksenin müqavilələri başa çatdığı üçün onlarla yolların ayrılacağı dəqiqdir.
Digər futbolçular isə Kazemiro, Maynu, Markus Raşford və Entonidir.
"Mançester Yunayted FK" teqi üzrə xəbərlər
- İngiltərə Premyer Liqası: "Arsenal"dan darmadağın, "Çelsi"dən geridönüş, "Mançester Yunayted" uduzdu
- "Mançester Yunayted"dən Avropa kubokları tarixində unikal nailiyyət
- UEFA Avropa Liqası: Dörd yarımfinalçıdan ikisi İngiltərə komandası oldu
- UEFA Avropa Liqası: Yarımfinala yüksələcək komandalar bəlli olacaq
- "Mançester Yunayted" ciddi itki ilə üzləşib
Ən çox oxunanlar