Argentina yığmasının keçmiş oyunçusu Dyeqo Maradona Venesuela prezidenti Nikolas Maduronu dəstəklədiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə özünün Instagram səhifəsində yazıb.
“Bu gün heç vaxt olmayan kimi sizinləyəm. Mən Maduronun tərəfindəyəm. Venesuelanı xalq idarə edir. Sevirəm sizi”, – deyə Maradona vurğulayıb.
Xatırladaq ki, Venesuela parlamentinin spikeri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib.