Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mariya Stadnik idmançı karyerasını başa çatdırıb?
Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin üzvü Mariya Stadnikin idmançı karyerasını başa çatdırdığı ilə bağlı iddialar yayılıb.
Azərbaycan Güləş Federasiyası apasport.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Həm məşqçilərlə, həm də idmançının özü ilə əlaqə yaratmışıq. Mariya Stadnik belə bir qərar verməyib. Sadəcə sosial mediada etdiyi paylaşım mətbuatda çaşqınlıq yaradıb".
Qeyd edək ki, Paris Yay Olimpiya Oyunlarının dörddəbir final mərhələsində məğlub olan titullu idmançımız yarışı medalsız başa vurub.
"İndi başqa bir tarix yazmağın vaxtıdır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı çıxışından sonra şəxsi "Instagram" hesabında paylaşıb.
Təcrübəli idmançı karyerasını bitirə biləcəyinə işarə verib:
"Mənim idman tarixim artıq yazılıb - 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurdu
- Azərbaycan millisinin olimpiya mükafatçısı Dubayda mükafatlandırlıb
- Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
- "Ustadına əhsən!" - Olimpiya mükafatçısı Həsrət Cəfərovdan master-klas
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
Rəylər