Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
KOB subyektlərinin işini asanlaşdıran təşəbbüs - "Bakı KOB evi"ndə gömrük fəaliyyəti
"KOB gömrük anbarı" KOB-ların mallarının operativ şəkildə rəsmiləşdirilməsi, bu sahədə fəaliyyətin sürətləndirilməsi və daha da asanlaşdırılması məqsədilə təşkil olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, idxal sahəsində KOB subyektlərinin işinin daha da asanlaşdırılması məqsədilə "Bakı KOB evi"ndə "KOB gömrük anbarı" yaradılıb. Bakı Baş Gömrük İdarəsi və Hava Limanı vasitəsilə ölkəyə gətirilən mallar üçün KOB subyektləri bu anbarın imkanlarından istifadə edə bilərlər. Anbar 1 350 kvadratmetr ərazini əhatə edir. Anbarda KOB subyektlərinin kiçik həcmli malları saxlanılır və "Bakı KOB evi"ndə gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
"KOB gömrük anbarı" KOB-ların mallarının operativ şəkildə rəsmiləşdirilməsi, bu sahədə fəaliyyətin sürətləndirilməsi və daha da asanlaşdırılması məqsədilə Dövlət Gömrük Komitəsi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşəbbüsü ilə yaradılıb.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov anbarın fəaliyyəti ilə tanış olublar.
Dövlət Gömrük Komitəsinin rəhbərliyi "Bakı KOB evi"ndə gömrük təmsilçiləri, logistika şirkətləri və idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlarla görüşüb, müvafiq sahədə fikir mübadiləsi aparıblar. Həmçinin, Dövlət Gömrük Komitəsinin rəhbərliyi "Bakı KOB evi"nin Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsinin xidməti pəncərələrinin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, "Bakı KOB evi"ndə fəaliyyət göstərən Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim olunur. Bu, idxal-ixrac əməliyyatları üzrə sahibkarların vahid mərkəzdən lazımi xidmətləri almasına, bununla da vaxt və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
- Oruc Zalovun polkovnik oğlu vəzifəsindən AZAD EDİLDİ
- Süni gellərin ölkəyə gətirilməsinə icazə var? - Ağır fəsadları açıqlandı
- Azərbaycanda "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə dəyişib
- İlham Əliyev DGK ilə Ümumdünya Gömrük Təşkilatı arasında imzalanmış qrant müqaviləsini təsdiq etdi