Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Məhəmməd Salah Səudiyyə Ərəbistanı klubu ilə razılaşdı
"Liverpul"un vingeri Məhəmməd Salah İngiltərə klubundan ayrılmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanından olan mənbələr misirli futbolçunun azad agent kimi adıçəkilən ölkənin klublarından birinə keçmək barədə razılığa gəldiyini bildirirlər.
Məlumata görə, Salah gələn mövsüm onların çempionatında oynamaq üçün Səudiyyə Ərəbistanı nümayəndələri ilə müqavilə bağlayıb, lakin o, hələ klubun adını bilmir.
Belə ki, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) liqada dörd klub - "Əl-Hilal", "Əl-İttihad", "Ən-Nəsr" və "Əl-Əhli"nin tam sahibidir. Salahla anlaşan qurum onun harada çıxış edəcəyi ilə bağlı qərar verəndən sonra klubu bəlli olacaq.
Qeyd edək ki, Salah bu mövsüm Premyer Liqada 19 matçda 18 qol vurub və 13 məhsuldar ötürmə edib.
Rəylər