Boks üzrə 5 ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədova qarşı döyüşməyə hazırdır.
Bu barədə amerikalı ESPN-ə bildirib.
“Mən döyüşə hazıram. Hətta onun təşkilatçılığı ilə də məşğul ola bilərəm. Döyüş boks qaydaları ilə keçiriləcək. Bu mənim idman növümdür və əgər Həbib birinci dillənibsə, deməli, o mənim dünyama gəlməlidir.
Mən onun müsahibəsini eşitmişəm. O deyir ki, mən Makqreqoru nokauta göndərə bilmədim, amma o irlandiyalını nokdaun etdi. Düzdür? Ok. Gəl, uzadım səni, yat”, – əfsanəvi boks ustası bunu deyib.
Həm Floyd Meyvezer, həm də Həbib Nurməhəmmədov indiyə qədər uduzmayıb: amerikalının hesabı 58-0, rusiyalınınkı isə 28-0-dır.