İtaliya millisinin qapıçısı Canluici Donnarumanın “Milan” klubu ilə müqaviləsi cari ilin iyun ayında bitir.
“Corriere della Sera” nəşri xəbər verir ki, 21 yaşlı qolkiper artıq klubun qarşısında yeni şərt irəli sürüb.
Mənbə iddia edir ki, C. Donnaruma klubdan ona ilinə 10 milyon avro ödəməyi tələb edir.
Bundan əlavə qeyd olunur ki, İtaliya klubu gənc qapıçı ilə azı dörd il müddətinə müqavilə imzalamaq istəyir, C. Donnaruma isə daha qısa müddətə müqavilə bağlamağı planlaşdırır.