Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Millimiz yenə Uelslə bacarmadı - YENİLƏNİB
AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Uels matçı sona çatıb.
Oxu.Az xəbər verir ki, görüş qonaq komandanın qələbəsi ilə bitib. Uels komandası millimizi 0:2 hesabı ilə məğlub edib.
Bununla da Uels komandası xallarını 11-ə çatdırıb.
21:36
21:12
Azərbaycan - Uels matçında hesab açılıb. 10-cu dəqiqədə rəqiblərdən Kevin Mur hesabı açıb - 0:1.
21:01
Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.
20:15
Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində görüşəcək Azərbaycan və Uels milli komandalarının start heyəti açıqlanıb.
Millimizin ilk on birliyində meydana Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev çıxacaqlar.
Uels yığmasının start heyətində isə Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms yer alırlar.
Qeyd edək ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.
11:31
Bu gün Avro-2020-nin seçmə mərhələsində millimiz Bakıda son görüşünə çıxacaq.
Oxu.Az xəbər verir ki, yığmamız daha əvvəl yeddi dəfə qarşılaşdığı və heç vaxt qalib gələ bilmədiyi (cəmi bir dəfə Bakıda 1:1-lik heç-heçəyə nail olmuşuq – S.M.) Uelsi qəbul edəcək.
Bu matç həm də yığmamız üçün 2019-cu ilin Bakıda son matçı olacaq. Komandamız yer aldığı E qrupunda bir xalla sonuncudur və dörd oyunu Bakıda keçiriləcək Avro-2020-yə çıxmaq imkanından məhrumdur. Üstəlik, komandamızın qrupda sonuncu olacağı da dəqiqləşib.
Millimizin indiki rəqibini vaxtı ilə yığmamıza qarşı oynamış, hətta 2005-ci ilin oktyabrın 12-də dubl etmiş sabiq “Mançester Yunayted”in üzvü Rayan Qiqz çalışdırır. Uels səkkiz xalla qrupda dördüncü olsa da, hələ də Avro-2020 şanslarını saxlayır.
Böyük Britaniya təmsilçisi Bakıda heç-heçə etsə, digər görüşün – saat 23:45-də başlayacaq Xorvatiya – Slovakiya matçının nəticəsindən taleyi asılı olacaq. Uels Bakıda millimizə uduzsa, Avro-2020 xəyallarının üstündən xətt çəkəcək. Bu səbəbdən qalliyalılar Bakıya yalnız qələbə üçün gəlib.
8-ci km qəsəbəsində yerləşən “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq görüşün baş hakimi Almaniyanın məşhur türk hakimi Dəniz Aytəkindir. 41 yaşlı Aytəkin millimizin oyununda iş başında olmasa da, iki il əvvəl “Qarabağ”ın Madriddə “Atletiko” ilə Çempionlar Liqasındakı matçını idarə edib.
1:1 hesabı ilə başa çatan həmin görüşdə hər iki komandanın futbolçuları qırmızı vərəqə ilə meydandan qovulub. Əvvəl “Qarabağ”dan braziliyalı Pedro Enrike, daha sonra “Atletiko”dan monteneqrolu Stefan Saviç cəzalandırılıb. Həmçinin, Ağdam komandasının mərkəz müdafiəçiləri – Rəşad Sadıqovla polşalı Yakub Jezniçak sarı vərəqə alıb.
Dəniz Aytəkin artıq bir dəfə Uelsin oyununu idarə edib. Bu, ötən il Millətlər Liqası çərçivəsində keçirilən Danimarka – Uels matçında olub. Həmin görüşdə Danimarka 2:0 qalib gəlib.
Səbuhi Musayev
Rəylər