Azərbaycan yığması Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 6 medal qazanıb.
Oxu.Az xəbər verir ki, idmançılarımız yarışı 3 qızıl və 3 gümüş medalla bitiriblər.
Komandamızın heyətində cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq), taekvondoçu Adil Kazımlı (73 kq) və boksçu Gülər Hüseynova (51 kq) gümüş mükafat əldə ediblər.
Qeyd edək ki, Azərbaycan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 13 idmançı ilə təmsil olunub.
