AVRO-2016-nın seçmə mərhələsinin oyunları öncəsi Azərbaycan milli komandası itki ilə üzləşib.
Oxu.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, “Qəbələ” klubunun üzvü Ruslan Abışov oktyabrın 10-da İtaliya, 13-də Xorvatiya ilə keçiriləcək qarşılaşmalarda iştirak edə bilməyəcək.
Onun adı qarşıdakı matçlara hazırlaşan yığmanın heyətindən kənarlaşdırılıb. Buna futbolçunun zədəsi səbəb olub. Dayaq yarımmüdafiəçisi millinin bu gündən etibarən başlayan və oktyabrın 14-dək davam edəcək təlim-məşq toplanışında iştirak etməyəcək.