Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Mingəçevir" ASTA ilə müqavilə imzaladı
Yanvarın 15-i Futbolun İnkişaf Fondunun vasitəçiliyi ilə "Mingəçevir" futbol klubu və "Azerbaijan Sport Talents Academy" (ASTA) arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan fondun icraçı direktoru Tural Piriyev FİF-in vasitəsilə daha bir region futbol klubuna tərəfdaş cəlb olunmasından qürur duyduğunu bildirib və bölgə futboluna dəstəyə görə ASTA rəhbərliyinə təşəkkür edib. İcraçı direktor, həmçinin, klubun yeni rəhbərliyi ilə birgə hazırlanmış uzunmüddətli inkişaf planı ilə bağlı məlumat verib.
Daha sonra ASTA-nın prezidenti Rafael Bunyatov "Mingəçevir" futbol klubuna dəstək olmaqla bölgədə idmanın inkişafına töhfə vermək istədiklərini bildirib və klubla bağlı planları barədə məlumat verib. Həmçinin, bu tərəfdaşlığın ərsəyə gəlməsində dəstək olan tərəflərə təşəkkür edib.
Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Tərəfdaşlıq müqaviləsini "Mingəçevir" FK-nın İdarə Heyətinin sədri Nurlan Əhmədov və ASTA-nın prezidenti Rafael Bunyatov imzalayıblar.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
"Mingəçevir FK" teqi üzrə xəbərlər
- Azərbaycan klubunun həkimi beş oyunluq cəzalandırıldı
- "Turan Tovuz"dan ayrılan futbolçunun növbəti klubu məlum oldu
- Yeni sponsorla müqavilə imzalayan bölgə klubu köklü dəyişiklik etmək qərarına gəlib
- PFL "Mingəçevir" klubunun tələbini geri çevirib
- ASTA-nın prezidenti: "Mingəçevir" növbəti mövsümdə çox iddialı olacaq"