Yerli mediada yayılan xəbərlərə görə, Azərbaycanın I Liqasında mövsüm başa çatsa da, "Mingəçevir" klubunun legionerləri Fanen Jozef Akyam, Ange Donald Qla və Abba Usman hələ də vətənlərinə dönməyiblər.
Bu barədə Oxu.Az-a klubdan verilən məlumata görə, həqiqətən də futbolçulara borcları var. Amma legioner futbolçuların ölkələrinə göndərilməməsinin səbəbi bununla bağlı deyil.
Belə ki, adıçəkilən legionerlərdən ikisinin göndərilməməsinə səbəb onlarla yeni müqavilə imzalanacağı ilə bağlıdır. Klubun digər legionerinə isə ödəniş olunub və o, ölkəsinə göndərilib.
Klub rəsmiləri yeni mövsüm başlamadan öncə bütün futbolçulara ödənişlərin ediləcəyinə söz veriblər.
Anar Həsənov