Misli Premyer Liqasının XXXIV turunda "Turan Tovuz" evdə "Neftçi"yə məğlub olub.
Oxu.Az bildirir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Neftçi"nin heyətində Emin Mahmudovla (9-cu dəqiqə), Dembo Darboe (32-ci dəqiqə) fərqləniblər. "Turan Tovuz"un qolunu isə 16-cı dəqiqədə Rəhim Sadıxov rəqib qapısından keçirib.
Bu nəticədən sonra xallarının sayını 40-a yüksəldən "Neftçi" 6-cı pillədə qərarlaşıb. 49 xala malik "Turan Tovuz" isə dördüncüdür.
Qeyd edək ki, turun daha əvvəl baş tutan matçlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Misli Premyer Liqasının XXXIV turunda "Zirə" səfərdə "Səbail"i məğlub edib.
Oxu.Az xəbər verir ki, "ASCO Arena"da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 90+1-ci dəqiqədə Davit Volkov vurub.
Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. Hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində olan "Səbail"in isə I Liqaya düşdüyü dəqiqləşib.
Qeyd edək ki, turun ötən gün baş tutan "Sabah" - "Şamaxı" matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.
Misli Premyer Liqasının XXXIV turunda bu gün daha iki oyun keçiriləcək.
Oxu.Az xəbər verir ki, əvvəlcə "Səbail" evdə "Zirə" ilə qarşılaşacaq.
"ASCO Arena"da baş tutacaq və Tural Qurbanovun idarə edəcəyi görüş saat 17:00-da start götürəcək. "Səbail" hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsindədir. Mövsümü ikinci pillədə bitirəcəyi dəqiqləşən "Zirə"nin isə 67 xalı var.
Günün son matçı Tovuzda baş tutacaq. "Turan Tovuz" doğma meydanda "Neftçi" ilə üz-üzə gələcək. Rəşad Əhmədovun idarə edəcəyi oyuna saat 19:30-da start veriləcək. Tovuz təmsilçisi hazırda 49 xalla dördüncü yerdədir. 37 xala malik "Neftçi" isə beşincidir.
Misli Premyer Liqası
IV dövrə, XXXIV tur
10 may
17:00. "Səbail" - "Zirə"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Kamal Umudlu.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
"ASCO Arena"
19:30. "Turan Tovuz" - "Neftçi"
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun ötən gün baş tutan "Sabah" - "Şamaxı" matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.