"Neftçi"nin yeni transferi, kamerunlu hücumçu Vensan Abubakarın forma nömrəsi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Abubakar "ağ-qaralar"ın heyətində 45 nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, Abubakar karyerası ərzində "Portu", "Beşiktaş" və "Ən-Nəsr" kimi klublarda çıxış edib. O, həmçinin Kamerun millisinin aparıcı üzvü kimi tanınır. Abubakar son olaraq Türkiyənin "Hatayspor" klubunda çıxış edib.