Banqladeşin paytaxtı Dəkkənin beynəlxalq hava limanının yük terminalında baş verən yanğın nəzarət altına alınıb, uçuşlar bərpa edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ölkənin Mülki Aviasiya və Turizm Nazirliyi bildirib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Uçuşlar axşam saatlarında bərpa olunub.
Qeyd olunub ki, yanğınla 36 yanğınsöndürən briqada alovla aparıb.
Banqladeşin paytaxtı Dəkkədə Beynəlxalq Hava Limanında güclü yanğın baş verib.
Oxu.Az "The Daily Star" nəşrinə istinadən xəbər verir ki, hadisədən sonra hava limanında uçuşlar dayandırılıb.
Məlumata görə, yük yerlərində başlayan yanğın qısa zamanda geniş əraziyə yayılıb.
"36 yanğınsöndürmə briqadası alovu söndürmək üçün çalışır", - deyə yanğınsöndürmə idarəsinin rəsmisi məlumat verib.
Müxtəlif aviaşirkətlərdən Dəkkəyə enməsi planlaşdırılan ən azı beş reys başqa aeroportlara yönləndirilib.
Hava limanında vəziyyət normallaşdıqdan sonra istiqaməti dəyişdirilmiş reyslərin Dəkkəyə qayıdacağı bildirilir.