Avropa çempionatının final mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan milli komandası bu gün oyunun keçiriləcəyi Niderlandın Qroninqen şəhərinin “Martini Plaza” arenasında növbəti məşqinə çıxıb.
Oxu.Az xəbər verir ki, məşqdən əvvəl komanda heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edib.
Qeyd edək ki, Avropa çempionatı artıq dünən başlayıb. A qrupunda Portuqaliya Serbiyanı 4:2, meydan sahibi Niderland Ukraynanı 3:2 hesabı ilə məğlub edib.