2021-ci li mövsümünü dünyanın bir nömrəli tennisçisi kimi tamamladığı üçün serbiyalı tennis ustası Novak Cokoviçə kubok təqdim edilib.
O, karyerası ərzində yeddi mövsümü (2011-2012, 2014-2015, 2018, 2020-2021) dünya reytinqinin ilk pilləsində tamamlayaraq əfsanəvi Pit Samprasın (1992-1998) rekordunu yeniləyib.
“Mən Pit Samprası “Uimbldon”da gördükdə 4-5 yaşım var idi. Valideynlərimdən raketka istədim və tennisə vuruldum. İndi onun rekordunu qırmaq inanlmazdır”, -deyə Cokoviç öz nailiyyətini şərh edib.
Record-breaker 🙌@DjokerNole lifts the year-end number 1 trophy for a record 7th time!#NittoATPFinals pic.twitter.com/KuWfIOf05g
— Tennis TV (@TennisTV) November 15, 2021
Mənbə: Tennis TV