Fransa millisinin və "Bavariya" klubunun vingeri Maykl Olise 2026-cı il dünya çempionatında (DÇ-2026) İngiltərə komandasına qarşı üçüncülük uğrunda oyunda Kilian Mbappeyə iki məhsuldar ötürmə verib.
Oxu.Az gazeta.ru-ya istinadən xəbər verir ki, bununla da Olise DÇ-2026-nın yekununda aktivinə yeddi assist yazdırıb və əfsanəvi braziliyalı hücumçu Pelenin bir dünya çempionatında edilən məhsuldar ötürmə sayına görə rekordunu təzələyib.
Qeyd edək ki, Pele DÇ-1970-də altı asistlə yadda qalmışdı.
Qaynar xətt:
(055) 224 12 12