Futbol üzrə dünya çempionatının 1/8 final matçında Norveç millisinin Braziliya üzərində qələbəsini qeyd etmək üçün Osloda təşkil edilən atəşfəşanlıqdan sonra təxminən 30 nəfər tibbi yardıma müraciət edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "TV2" telekanalı Oslo paytaxt polisinə istinadən məlumat verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 30 zərərçəkən şəhərin təcili yardım şöbələrinə daxil olub. Oslo polis rəisi Eyvind Hammervold bütün xəsarətlərin yüngül olduğunu bildirib.
Telekanal bildirib ki, milli komandanın qələbəsinə həsr olunmuş atəşfəşanlığı təxminən 100 000 insan izləyib.
Qeyd edək ki, Norveç milli komandası iyulun 5-də Braziliya komandasını 2:1 hesabı ilə məğlub edib və tarixində ilk dəfə olaraq dünya çempionatının dörddəbir finalına yüksəlib, orada isə İngiltərə ilə qarşılaşacaq.