Bakıda azyaşlının həyatını təhlükəyə atdığı anlar sosial şəbəkələrdə yayılıb.
Oxu.Az xəbər verir ki, görüntülərdə azyaşlının çoxmərtəbəli binanın damında velosiped sürdüyü əks olunub.
Kadrlar yaxınlıqdakı binalardan birindən lentə alınıb. Videoda uşağın damın kənarına yaxın hissələrdə hərəkət etməsi narahatlıq doğurub.
İddialara görə, azyaşlının damında velosiped sürdüyü bina Azərbaycan Texniki Universitetinin keçmiş yataqxanasıdır.
Oxu.Az-ın məlumatına görə, görüntü ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12