"Azərbaycanda keçirilən Minifutbol üzrə Dünya Çempionatı iştirakçılar tərəfindən yüksək qiymətləndirilir. Yəqin ki, bu, indiyə qədər keçirilmiş ən yaxşı minifutbol turniridir".
Bunu Oxu.Az-a açıqlamasında Gürcüstan Minifutbol Assosiasiyasının icraçı direktoru Otar Abuladze deyib.
O qeyd edib ki, çempionatda güclü rəqiblər yer alıblar:
"Mən azərbaycanlı təşkilatçılara təşəkkür etmək istəyirəm. Çünki minifutbolun dünyada tanıdılması baxımından böyük bir təşviqdir və belə bir turnirin keçirilməsi çox vacib idi".
Məhərrəm Əliyev