"Azərbaycanın iqtisadi, makroiqtisadi göstəricilərinə nəzər saldıqda ötən il iqtisadi artım qeydə alınıb".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, ötən il tədiyyə balansı qorunub, ticarət balansında profisit qeydə alınıb, ehtiyatlarımız artıb:
"Dövlət büdcəsi çərçivəsində cəmi 1 il ərzində 15 milyard manatlıq portfel əsaslı xərclərə yönəldilib, azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı proqram icra olunub, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində xüsusi alışlar həyata keçirilib. Bütün bunlar həyata keçirilərkən ötən il ölkədə fiskal intizam qorunub".
Mərahim Nəsib