Futbol üzrə Səudiyyə Ərəbistanı yığmasının müdafiəçisi Yaser Əl-Şahrani DÇ-2022-nin qrup mərhələsində Argentina ilə oyunda (2:1) aldığı dəhşətli zədədən sonra videomüraciət edib. O, vəziyyətinin yaxşı olduğunu deyib.
“Sizi əmin etmək istəyirdim ki, mən yaxşıyam. Səudiyyəli azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirik. Siz buna layiq idiniz”, - deyə futbolçu bildirib.
Yeri gəlmişkən qeyd edək ki, sosial şəbəkələrdə onun üzünün rentgen şəkli olduğu iddia edilən görüntülər yayıldı. Ancaq Şahraninin müraciətindən sonra bunun feyk olduğu aydınlaşıb.

Qeyd edək ki, Argentina üzərində qələbəyə görə Səudiyyə Ərəbistanı hər oyunçusunun 2,5 milyon avro verib. Səudiyyə Ərəbistanı üçün bu, dünya çempionatında 4-cü qələbədir. Ölkə kralı Argentina üzərində qələbə şərəfinə ölkədə istirahət günü elan edib.








Mənbə: Sport-express.ru