Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paris-2024: Azərbaycan medal sıralamasında 21-ci pillədə qərarlaşıb
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 21-ci pillədə qərarlaşıb.
"Report"un məlumatına görə, hələlik komandamızın aktivində iki qızıl mükafat var.
Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.
Boksçu Alfonso Dominges (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib. O, mübarizəyə davam etdiyi üçün mükafat cədvəldə göstərilməyib.
Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 49-cu, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 27-ci, Ukrayna (2 qızıl, 1 gümüş, 3 bürünc) 17-ci sıradadır.
İlk üçlükdə ABŞ (19 qızıl, 26 gümüş, 26 bürünc), Çin (19 qızıl, 15 gümüş, 11 bürünc) və Fransa (12 qızıl, 14 gümüş və 18 bürünc) yer alıblar.
Hələlik 70 ölkə medal əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurdu
- Azərbaycan millisinin olimpiya mükafatçısı Dubayda mükafatlandırlıb
- Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
- "Ustadına əhsən!" - Olimpiya mükafatçısı Həsrət Cəfərovdan master-klas
- Türkiyə millisinin şərəfini qoruyan Ramil Quliyev karyerasını başa vurub
Rəylər