Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Paris-2024: Rafiq Hüseynov yarışı medalsız başa vurub
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.
Oxu.Az xəbər verir ki, 87 kiloqram çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi - Macarıstan təmsilçisi David Losonç finala vəsiqə qazana bilməyib.
Losonçun finala gedən yolda Bolqarıstan güləşçisinə uduzması Rafiqin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə üz-üzə gəlib.
Hüseynov rəqibinə məğlub olub - 2:5. Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşlərə qatılacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- "Əsas bayram yarışlarda qalib gələrkən olur" - Çempionlarımızdan Novruz təbriki
- Azərbaycanlı taekvondoçu dünya reytinqindəki yerini qorudu
- Əli İsmayılovdan boks millisinə SƏRT TƏNQİD: "Belə davam edə bilməz, məşqçi dəyişməlidir"
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu