Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü yer uğrunda görüşə çıxıb.
Oxu.Az xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində yer alan idmançı iranlı Amin Mirzəzadə ilə üz-üzə gəlib.
Rəqibinə 0:4 hesabı ilə məğlub olan təmsilçimiz yarışı mükafatsız başa vurub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.
Oxu.Az xəbər verir ki, bu gün ilk üç medal dəsti sahibini tapacaq.
Azərbaycan idmançısı Sabah Şəriəti də mükafat uğrunda mübarizə aparacaq. Olimpiadanın təsəlliverici görüşləri Bakı vaxtı ilə 13:00-da başlayıb, medal qarşılaşmaları 21:30-da start götürəcək.
Yunan-Roma güləşi
130 kq
Rio-2016-nın bürünc mükafatçısı Sabah Şəriəti 8 ildən sonra uğurunu təkrarlamaq üçün xalçaya çıxacaq. 3-cü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq "klassik"imizin rəqibi Amin Mirzəzadə (İran) olacaq.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız Paris-2024-ə beş idmançı ilə yollanıb.
Rəylər