Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında (APL) XXV tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
İlk olaraq “Qəbələ” “Qarabağ”ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:1.
Matçda hesabı qəbələlilər açsa da, Ağdam klubu sonradan qələbə qollarını vurmağı bacarıb.
Xallarını 65-ə çatdıran “Qarabağ” turnir cədvəlində vahid liderdir. “Qəbələ” isə 32 xalla 5-ci sırada qərarlaşıb.
Tura “Neftçi” – “Turan Tovuz” görüşü ilə yekun vurulub. Matç “ağ-qaralar”ın böyük hesablı qələbəsi ilə başa çatıb. Paytaxt klubunun heyətində Emin Mahmudov dubl edib, Sezar Meza Kolli və Mateus Saldanya hərəyə bir dəfə fərqlənib.
“Neftçi” 52 xalla 3-cü pillədədir. Tovuz klubu 26 xalla 6-cı yerdə qərarlaşıb.
Turun “Zirə” – “Şamaxı” matçında qalib müəyyənləşməyib - 2:2. “Sumqayıt” “Səbail”i 1:0, “Sabah” isə “Kəpəz”i 2:0 hesabı ilə üstələyib.
09:50
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında (APL) XXV tura yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq “Qəbələ” “Qarabağ”ı qəbul edəcək. “Köhlən atlar” 62 xalla liderdir. Meydan sahibləri 32 xalla 5-ci pillədə qərarlaşıb. Tərəflər indiyədək ölkə çempionatlarında 56 dəfə üz-üzə gəliblər. Bunların 10-da “qırmızı-qaralar”, 31-də Ağdam təmsilçisi meydanı üç xalla tərk edib. Topların nisbətində də “Qarabağ”ın aşkar üstünlüyü var - 87:43.
Tura “Turan Tovuz” – “Neftçi” görüşü ilə yekun vurulacaq. Tovuz klubu 26 xalla 6-cı, "ağ-qaralar" 49 xalla üçüncü sıradadır. Komandalar bu vaxtadək iki dəfə qarşılaşıblar. Bunların 1-də bakılılar qələbə qazanıbsa, digər matç heç-heçə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
XXV tur
5 mart (bazar)
17:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
19:30. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”
Qeyd edək ki, turun “Zirə” – “Şamaxı” matçında qalib müəyyənləşməyib - 2:2. “Sumqayıt” “Səbail”i 1:0, “Sabah” isə “Kəpəz”i 2:0 hesabı ilə üstələyib.