Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Premyer Liqa: “Səbail” “Qəbələ”ni məğlub edib - YENİLƏNİB + VİDEO
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Oxu.Az-ın məlumatına görə, günün ilk matçında “Qəbələ” “Səbail”i qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib.
“Qırmızı-qaralar”da 13-cü dəqiqədə Urfan Abbasov, 26-cı dəqiqədə Osama Xalayla fərqləniblər. Qonaqlarda 58-ci dəqiqədə Yusif Nəbiyev, 65-ci dəqiqədə Rüfət Abdullazadə, 90+1-ci dəqiqədə Nir Bardea adını tabloya yazdırıb.
Bundan əlavə, “Qəbələ”nin müdafiəçisi Lukas Afriko 41-ci dəqiqədə qırmızı vərəqə görərək meydandan qovulub.
Xallarının sayını 37-yə çatdıran “Səbail” hələlik ikinci pillədə qərarlaşıb. 15 xala malik bölgə klubu sonuncudur.
Qeyd edək ki, günün ikinci görüşündə “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Daha əvvəl “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1), “Sabah” evdə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib. “Zirə” - “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib - 1:1.
09:56
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son olaraq iki oyun gerçəkləşəcək.
Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edəcək. Bölgə təmsilçisi 15 xalla sonuncu, paytaxt klubu 34 xalla altıncı pillədə qərarlaşıb.
Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. “Neftçi” doğma meydanda “Qarabağ”la üz-üzə gələcək. “Ağ-qaralar” 36 xalla ikinci sırada yer alıblar, “köhlən atlar” 57 xalla liderdirlər.
Azərbaycan Premyer Liqası
XXV tur
16:00. “Qəbələ” - “Səbail”
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu
19:00. “Neftçi” - “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”
Qeyd edək ki, daha əvvəl “Kəpəz” səfərdə “Sumqayıt”ı (3:1), “Sabah” evdə “Araz-Naxçıvan”ı (2:0) məğlub edib. “Zirə” - “Turan Tovuz” görüşündə qalib müəyyənləşməyib - 1:1.

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)" teqi üzrə xəbərlər
- "Turan Tovuz" bəyanatına görə 20 min manat cərimələndi
- Böyükağa Ağayev: "Turan Tovuz" və AFFA arasında baş verənlərdə federasiya haqlı tərəf idi"
- AFFA-dan "Turan Tovuz"a bəyanatı ilə bağlı XƏBƏRDARLIQ
- AFFA oyunları təxirə saldı
- Vaqif Sadıqov: "Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçimdir"