Avrokuboklara iddialı olan "Neftçi" Misli Premyer Liqasının XXVII turunda "Araz-Naxçıvan"a qalib gəlib.
Oxu.Az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Ağ-qaralar"ın heyətində İmad Faraj (32) və Breno Almeyda (57) fərqləniblər.
Qonaq komandada isə Slavik Alxasov (65) dəqiq zərbə müəllifi olub.
Avrokubok zonasındakı əsas rəqibi "Zirə"nin xal itirməsindən (44 xal) yararlanan "Neftçi" 43 xalla beşincidir. "Araz-Naxçıvan" isə 39 xalla altıncı sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) matçlarında isə qalib müəyyənləşməyib.
Misli Premyer Liqasının XXVII turunda lider "Sabah" "Zirə" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
"Bayquşlar"ın heyətində Coy-Lens Mikels (16) və İqor Noqeyra (51) fərqləniblər.
Qonaq komandada isə Ruan Renato (32-p) və Eren Aydın (40) diqqət mərkəzinə düşüblər.
Turnir cədvəlinə 66 xalla "Sabah" başçılıq edir. 44 xalı olan "Zirə" isə dördüncüdür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Kəpəz"i məğlub (4:1) edib. "Şamaxı" - "Qarabağ" matçında isə hesab açılmayıb.
başa düş
Misli Premyer Liqasının XXVII turunun ikinci oyun günündə "Qarabağ" səfərdə "Şamaxı" klubu ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, matç qolsuz bərabərliklə yekunlaşıb.
Bu nəticədən sonra "Qarabağ" klubu 56 xalla ikinci pillədə qərarlaşıb. Onlar lider "Sabah"dan 9 xal geridədirlər. "Şamaxı" klubu isə 32 xalla yeddincidir.
Futbol üzrə Misli Premyer Liqasında XXVII turun növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edəcək. Şamaxı şəhər stadionunda oynanılacaq qarşılaşma saat 15:30-da başlayacaq.
Digər oyunda isə avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan "Zirə" lider "Sabah" klubu ilə qarşılaşacaq. "Bank Respublika Arena"da keçiriləcək matç saat 18:00-da start götürəcək.
Günün son qarşılaşmasında isə "Araz-Naxçıvan" komandası lider "Neftçi" ilə üz-üzə gələcək. "Palms Sports Arena"da keçiriləcək bu matçın start fiti saat 20:00-da səslənəcək.
15:30. "Şamaxı" - "Qarabağ"
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli;
VAR: Kamal Umudlu;
AVAR: Vüsal Məmmədov;
Hakim-inspektor: Anar Salmanov;
AFFA nümayəndəsi: Eldəniz Musayev;
Şamaxı şəhər stadionu.
18:00. "Sabah" - "Zirə"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Elvin Bayramov;
VAR: Rəvan Həmzəzadə;
AVAR: Teymur Teymurov;
Hakim-inspektor: Ömər Paşayev;
AFFA nümayəndəsi: Elgiz Abbasov;
"Bank Respublika Arena".
20:00. "Neftçi" - "Araz-Naxçıvan"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev;
VAR: Rauf Cabarov;
AVAR: Müslüm Əliyev;
Hakim-inspektor: Asim Xudiyev;
AFFA nümayəndəsi: Asif Əliyev;
"Palms Sports Arena".