Abşeron rayonunun Məmmədli kəndi ərazisində, Yanardağın yaxınlığında iki minik avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, xəsarət alanlar var.