Misli Premyer Liqasında XXXII tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, sonuncu matçda "Neftçi" "Sumqayıt"ın qonağı olub.
Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda baş tutan matç heç-heçə nəticələnib - 2:2.
Meydan sahiblərindən Bobir Abdixolikov (21-ci dəqiqə) və Ronaldo Vaskez (52-ci dəqiqə) fərqləniblər. "Neftçi"nin qollarını isə Bassala Sambu (60-cı dəqiqə) və Andrey Ştoqrin (87-ci dəqiqə) rəqib qapısından keçiriblər.
Bu nəticədən sonra Sumqayıt klubu 30 xalla 8-ci yerdə qərarlaşıb. "Neftçi" isə 36 xalla altıncıdır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.
Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, sonuncu matçda "Neftçi" klubu "Sumqayıt"ın qonağı olacaq.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək. Bakı klubu 35 xalla yeddinci, "gənclik şəhəri"nin təmsilçisi isə 29 xalla səkkizinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
IV dövrə, XXXII tur
28 aprel
Saat 20:00. "Sumqayıt" - "Neftçi"
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Teymur Teymurov, Rauf Cabarov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Kəpəz"i minimal hesabla üstələyib. "Turan Tovuz" - "Şamaxı", "Səbail" - "Araz-Naxçıvan" və "Sabah" - "Qarabağ" matçları 1:1 hesabı ilə başa çatıb.