Bu axşam UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecənin mərkəzi qarşılaşmasında PSJ Fransada İngiltərənin "Liverpul" klubunu qəbul edəcək.
İzləyicilər PSJ - "Liverpul" oyununu İctimai TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmasında isə "Barselona" klubu "Atletiko Madrid" klubu ilə üz-üzə gələcək. "Barselona" - "Atletiko Madrid" qarşılaşması isə "CBC Sport" TV-də canlı yayımlanacaq.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
8 aprel
Saat 23:00, PSJ - "Liverpul" (İctimai TV);
Saat 23:00, "Barselona" - "Atletiko Madrid" ("CBC Sport" TV).