PSJ baş məşqçi Luis Enrike ilə müqavilənin müddətini uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
56 yaşlı ispaniyalı mütəxəssisin parislilərlə yeni müqaviləsi 2030-cu ilədək nəzərdə tutulub.
Bununla yanaşı, klub beş futbolçusu ilə də müqaviləni yeniləyib: Lukas Beraldo (2031-ci ilədək), Vilyan Paço (2031-ci ilədək), Senni Mayulu (2031-ci ilədək), Joao Neveş (2031-ci ilədək) və Fabian Ruis (2028-ci ilədək).
Luis Enrike PSJ-dəki fəaliyyəti dövründə ardıcıl iki Çempionlar Liqası titulu da daxil olmaqla, ümumilikdə 13 titul qazanıb.