Yaponiyada qadın voleybolu üzrə dünya çempionatına start verilib.
Oxu.Az xəbər verir ki, millimiz C qrupunun ilk görüşündə güclü ABŞ yığması ilə qarşılaşıb.
Aparıcı voleybolçumuz Natalya Məmmədovanın oynamadığı görüşdə yığmamız 0:3 (27:29, 21:25, 21:25) hesabı ilə uduzub.
Qrupumuzun digər görüşündə Rusiya millisi də Trinidad və Tobaqo yığmasına eyni hesabla qalib gəlib – 3:0.
Qeyd edək ki, yığmamız sabah Cənubi Koreya ilə qarşılaşacaq. Bu görüş Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.
Səbuhi MUSAYEV
www.oxu.az