İstanbulda məşhur adlara və sosial media fenomenlərinə qarşı aparılan geniş narkotik araşdırması barədə yeni məlumatlar ortaya çıxmaqda davam edir.
Oxu.Az AA-ya istinadən xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Burukun da bu araşdırma fonunda ifadə vermək üçün prokurorluğa çağırıldığı iddia olunub.
Baş Prokurorluqdan əldə edilən rəsmi məlumatlara görə, hazırkı mərhələdə bu iddia həqiqəti əks etdirmir və əsassızdır.