“Qarabağ” UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.
Oxu.Az xəbər verir ki, siyahıda 4 qapıçı, 10 müdafiəçi, 11 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.
Onlardan 5-i B siyahısına daxil edilib.
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 89. Amin Ramazanov, 94. Ayhan Arazlı (B siyahısı);
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 24. Zamiq Əliyev (B siyahısı), 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədəvi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev (B siyahısı);
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 7. Rişard Almeyda, 10. Abdulla Zubir, 11. Xayme Romero, 17. Qaspar Panadero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 27. Toral Bayramov (B siyahısı), 28. Hüseyn Hüseynzadə;
Hücumçular: 22. Musa Qurbanlı (B siyahısı), 25. İbrahima Vadji, 77. Ramil Şeydayev.
Qeyd edək ki, “Qarabağ” H qrupunda “Bazel” (İsveçrə), “Omoniya” (Kipr) və “Kayrat” (Qazaxıstan) komandaları ilə mübarizə aparacaq. Ağdam komandası ilk görüşünü Tofiq Bəhramov adına Respublika Stadionunda “Bazel”ə qarşı keçirəcək. Bu matç sentyabrın 16-da saat 20:45-də başlayacaq.