“Qarabağ” klubunun azarkeşləri Ağdam təmsilçisinin 10-cu dəfə ölkə çempionu olmasını coşqu ilə qeyd ediblər.
Oxu.Az xəbər verir ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə “Səbail”ə 3:0 hesabı ilə qalib gəlməklə sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
Çempionluq rəsmiləşəndən sonra Bayıldakı “ASCO Arena”nın meydançasına axışan fanatlar müxtəlif şüarlar səsləndirib, pirotexniki vasitələrdən istifadə ediblər.
22:26
“Qarabağ” Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün qalibi olub.
Oxu.Az xəbər verir ki, Ağdam klubu çempionluğu XXXIV turda səfərdə “Səbail”i məğlub etməklə rəsmiləşdirib.
3:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası xallarını 87-yə çatdırıb. “Atlılar” ən yaxın izləyicisi “Sabah”ı üç xal üstələyir. “Sabah” qalan üç oyunda qələbə qazansa belə, Ağdam klubuna çatması mümkün olmayacaq.
Bu, “Qarabağ”ın 10-cu çempionluğu olub. Komanda 1993, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022 mövsümlərində də qalib adını qazanıb. Klub bu göstəricidə 9 dəfə çempion olan “Neftçi”ni geridə qoyub.

Faiq Tahirov