Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Qarabağ"dan ayrılan futbolçu "Araz-Naxçıvan"a keçib
"Araz-Naxçıvan" heyətini gücləndirmək istiqamətində işləri davam etdirir.
Oxu.Az xəbər verir ki, Naxçıvan təmsilçisi daha bir futbolçunun transferini reallaşdırıb. Patrik Andrade ilə 1+1 il şərti ilə müqavilə imzalanıb.
Kabo-Verde millisinin də üzvü olan 32 yaşlı yarımmüdafiəçi ölkəmizdə daha çox "Qarabağ"dakı çıxışı ilə tanınıb. O, müxtəlif illərdə ölkəsinin "Sportinq da Praya", "Desportivu da Praya", "Benfika da Praya", Portuqaliyanın "Ribeyran", "Juane", "Moreypense", "Famalikan", "Salqeyruş", Bolqarıstanın "Çerno More", Serbiyanın "Partizan" klublarında çıxış edib. O, ötən mövsümü "Qarabağ"ın heyətində keçirib.
Futbolçu 2020-ci ildən Kabo-Verde millisinin heyətində 20 oyunda meydana çıxıb.
"Araz-Naxçıvan PFK" teqi üzrə xəbərlər
- "Araz-Naxçıvan"ın baş məşqçisi: "Qalan müddətdən maksimum istifadə etməliyik"
- "Araz-Naxçıvan" Türkiyə klubunu 14 cavabsız qolla məğlub etdi
- "Araz-Naxçıvan"ın Çempionlar Liqasındakı oyunlarının təqvimi müəyyənləşib
- UEFA Konfrans Liqasında yeni mövsümə I təsnifat mərhələsinin iki görüşü ilə start veriləcək
- "Araz-Naxçıvan" "Trabzonspor" və "Alanyaspor" ilə üz-üzə gələcək