"Həm keçən oyuna, həm də indiki oyuna yaxşı hazırlaşmışdıq".
Oxu.Az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında "Tvente" klubunun baş məşqçisi Con van den Brom deyib.
Baş məşqçi ilk oyunda məğlub olmalarına baxmayaraq, kifayət qədər qol imkanları yaratdıqlarını bildirib:
"Həmin məğlubiyyətdən sonra oyuna çox yaxşı hazırlaşmışdıq. Bütün həftə ərzində rəqibi analiz etmişdik. Məhz bunun sayəsində kifayət qədər güclü rəqiblə qarşılaşacağımızı öyrənmiş olduq. Fikrimcə, bu hesabla qalib gəlmişiksə, deməli, bizim üçün çətin oyun olmadı.
Ən böyük çətinlik 1:0 hesabı ilə geri düşmək idi. Məhz o qoldan sonra komandam oyunu daha böyük mübarizə əzmi ilə davam etdirdi. Etdiyim dəyişikliklər nəticəsində məğlubiyyətin qarşısını ala bildik".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Tvente" matçı 1:4 hesabı ilə başa çatıb. İlk görüşdə Azərbaycan təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.
Beləliklə, iki oyunun nəticəsinə əsasən 4:2 hesabı ilə qalib gələn "Tvente" UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanıb.