"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
59-cu dəqiqədə "Qarabağ"ın heyətində Kadi Borges fərqlənərək hesabı açıb. "Tvente" 80-ci dəqiqədə Marko Pyatsanın qolu ilə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Brüns qonaqların ikinci qolunu vurub.
Niderlandda keçirilən ilk oyunda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyindən qarşılaşmada əlavə vaxta ehtiyac yaranıb.
94-cü dəqiqədə Vaut Veqhorst "Tvente"nin daha bir qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç qırmızı vərəqə alaraq "Qarabağ"ı azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 1:4-ə çatdırıb.
Beləliklə, iki oyunun nəticəsinə görə 4:2 hesabı ilə qalib gələn "Tvente" növbəti mərhələyə yüksəlib.
Ardıcıl 12 mövsüm avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın bu uğurlu seriyası isə başa çatıb.
Daha çox foto burada: PhotoStock.az
UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda beşinci qol vurulub.
Oxu.Az xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi daha da artırıblar - 1:4.
Əlavə vaxtda, 115-ci dəqiqədə Yunes Taha fərqlənib.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" və Niderlandın "Tvente" komandaları arasında keçirilən qarşılaşmada daha bir qol vurulub.
Oxu.Az xəbər verir ki, qonaqlar 94-cü dəqiqədə fərqlənərək hesab arasındakı fərqi artırıblar - 1:3.
"Tvente"nin heyətində Vaut Veqhorst dəqiq zərbə ilə fərqlənib.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" - "Tvente" qarşılaşmasında hesab dəyişib.
Oxu.Az xəbər verir ki, oyuna əlavə olunmuş ikinci dəqiqədə "Tvente" daha bir qol vuraraq hesabı 1:2 edib.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" və Niderlandın "Tvente" komandaları arasındakı qarşılaşmada hesab bərabərləşib.
Oxu.Az xəbər verir ki, qonaqlar 80-ci dəqiqədə fərqlənərək hesabı 1:1-ə çatdırıblar.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" - "Tvente" qarşılaşmasında hesab açılıb.
Oxu.Az xəbər verir ki, Kadi Borges 59-cu dəqiqədə fərqlənərək komandamızı önə keçirib - 1:0.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Tvente" qarşılaşması başlayıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:15-də start götürüb.
Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" qarşılaşmasının başlama saatı dəyişdirilib.
Oxu.Az xəbər verir ki, buna səbəb Bakıda hökm sürən əlverişsiz hava şəraitidir.
Məlumata görə, qarşılaşmanın startı 15 dəqiqə gecikdirilib. Beləliklə, oyun saat 20:15-də başlayacaq.
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək "Qarabağ" və Niderlandın "Tvente" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": Martin Zlomisiçliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Aleksey Kaşuk, Jali Muaddib, Musa Qurbanlı;
Baş məşqçi: Qurban Qurbanov.
"Tvente": Lars Unnerştall, Bart van Rooy, Ruud Niystad, Robin Pröpper, Maks Brüns, Ramiz Zerruki, Dauda Veydmann, Dan Rots, Yunes Taha, Sondre Öryaseter, Vut Veqorst;
Baş məşqçi: Con van den Brom.
"Qarabağ" klubu bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsində həlledici cavab oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, təmsilçimiz pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Niderlandda keçirilən ilk oyun "Qarabağ"ın 0:1 hesablı səfər qələbəsi ilə yekunlaşıb.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
27 avqust
Saat 20:00, "Qarabağ" - "Tvente" (ilk oyun - 1:0)