Monakoda keçirilən püşkatma mərasimində "Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı səkkiz komanda müəyyənləşib.
Oxu.Az xəbər verir ki, təmsilçimizin rəqiblərinin heyətlərinin ümumi bazar dəyəri 5 milyard 343 milyon avro təşkil edir.
Belə ki, "Sabah"ın rəqiblərinin heyət dəyərləri aşağıdakı kimidir:
- "Barselona" - 1 milyard 48 milyon avro;
- "Arsenal" - 1 milyard 45 milyon avro;
- "Mançester Yunayted" - 929 milyon avro;
- "Borussiya Dortmund" - 530 milyon avro;
- "Napoli" - 459 milyon avro;
- "Vilyarreal" - 332 milyon avro;
- "Slaviya Praqa" - 114 milyon avro;
- "Vikinq" - 49 milyon avro.
Beləliklə, "Sabah"ın rəqibləri arasında heyətinin ümumi bazar dəyərinə görə ən bahalı klub "Barselona", ən ucuz klub isə "Vikinq"dir.
Qeyd edək ki, "Sabah"ın heyətinin ümumi bazar dəyəri 17 milyon avrodur.