ABŞ Prezidenti Donald Tramp avqustun 27-də ABŞ-Kanada sərhədində yerləşən Ontario gölünün adının dəyişdirilməsi barədə fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri məlumat yayıb.
Tramp gölün adının "Amerika gölü" olaraq dəyişdiriləcəyini açıqlayıb.
"Biz dərhal Ontario gölünün adını Amerika gölü olaraq dəyişəcəyik. Bu, mən müvafiq fərmanı imzaladığım andan etibarən baş verəcək", - deyə Tramp bildirib.
ABŞ prezidenti bu açıqlamasından sonra müvafiq sənədi imzalayıb.
Qaynar xətt:
(055) 224 12 12