“Qarabağ” bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinin II turu çərçivəsində növbəti görüşünə çıxacaq.
Oxu.Az xəbər verir ki, Ağdam komandası ilk qələbəsini qazanmaq üçün Kipr çempionu “Omoniya” ilə qarşılaşacaq.
Qrupun digər görüşündə “Bazel” İsveçrədə Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa Konfrans Liqası
Qrup mərhələsi, II tur
H qrupu
23:00 “Omoniya” (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Bobi Maden (Şotlandiya)
Nikosiya. GSP stadionu
Qeyd edək ki, qrupun ilk görüşündə komandalar qolsuz heç-heçəyə razılaşıb.