İtaliyanın “Palermo” klubunun futbolçusu Karluş Apna Embalo tezliklə “Qarabağ”a keçə bilər.
Oxu.Az Report-a istinadən xəbər verir ki, 23 yaşlı sol cinah oyunçusu Ağdam təmsilçisindən cəlbedici təklif alıb.
Hazırda “Palermo” rəhbərliyi təklifi nəzərdən keçirir. Qvineya-Bisaudan olan yarımmüdafiəçi ilə “Peskara” da maraqlanır. Baş məşqçi Zdenek Zeman Embalonun transfer olunmasını istəyir.
Qeyd edək ki, ötən mövsüm “Palermo” İtaliya A Seriyasını 26 xalla 19-cu pillədə tamamlayıb və aşağı liqaya enib. Karlos Embalo isə 12 oyunda forma geyinib.
E.Ə.
www.oxu.az