“Qarabağ” FK Elvin Cəfərquliyevin müqaviləsini uzadıb.
Oxu.Az xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti üç ildir.
Elvin Cəfərquliyev bu mövsüm Ağdam komandasında keçirdiyi 32 oyunda dörd məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Qarabağ” dünən digər müdafiəçiləri – Maksim Medvedev və Bədəvi Hüseynovla da yeni müqavilə bağlamışdı.