UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə Levis Ferqyuson Şotlandiya klubunun təsəlli qolunu vurub.
O, Ağdam klubunun qapısına təyin olunmuş penaltini qola çevirib.
Beləliklə doğma meydanda rəqibinə 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi səfərdən də 3:1 hesablı qələbə ilə dönərək UEFA Konfrans Liqasının qrup mərhələsinə yüksəlib.
Bununla da “Qarabağ” UEFA-nın klub yarışları səviyyəsində hazırda fəaliyyət göstərən hər üç turnirində qrup mərhələsində çıxış edən ilk və yeganə Azərbaycan komandası olub.
22:45
“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Aberdin”lə qarşılaşır.
Oyun start götürüb, hazırda qolsuz bərabərlik davam edir.
21:52
“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Aberdin”lə üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, Şotlandiyada baş tutacaq oyunda komandalar meydana aşağıdakı start heyətləri ilə çıxacaqlar:
“Aberdin”: 1. Co Lyuis, 2. Ross Makkrori, 3. Cek Makkenzi, 5. Deklan Qallaher, 8. Skott Braun (k), 9. Kristian Ramires, 16. Funso Oyo, 19. Luis Ferqyusson, 22. Kalvin Ramzi, 20. Teddi Cenks, 17. Conni Heys,
Ehtiyat oyunçular: 25. Qari Vuds, 30. Tom Ritçi, 10. Nayall Makqin, 14. Cey Emmanuel-Tomas, 15. Dilan Makqiox, 18. Konnor Maklennan, 21. Cek Gerr, 24. Din Kempbell, 31. Kiran Nqvenya, 35. Meyson Henkok
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Borges, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina. 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç
Qeyd edək ki, bu gün keçiriləcək “Aberdin” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
İlk oyunda Ağdam təmsilçisi qələbə qazanıb - 1:0.
Zaur Xudiyev