Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
"Qarabağ" "Azersun Arena"da "Zirə"ni qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Hesabı 54-cü dəqiqədə meydan sahiblərindən Marko Yankoviç açıb. 5 dəqiqə sonra Ramil Şeydayev 2-ci topu rəqibin qapısından keçirib. 62-ci dəqiqədə "qartallar" buraxılan qollardan birinin əvəzini çıxıb. Hamidu Keyta adını tabloya yazdırıb. 65-ci dəqiqədə isə Eldar Quliyev yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 78-ə çatdıran "Qarabağ" liderliyini qoruyub. 42 xalı olan "Zirə" isə 5-ci sırada qərarlaşıb.
XXXI turun açılış matçında "Şamaxı" evdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib. Turun "Turan Tovuz" - "Sabah" və "Səbail" - "Neftçi" oyunları aprelin 22-də, "Sumqayıt" - "Qəbələ" görüşü isə aprelin 23-də keçiriləcək.
09:42
Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
İlk matç Şamaxıda keçiriləcək. Şəhərin eyniadlı komandası “Kəpəz”i qəbul edəcək. 30 turdan sonra şamaxılılar 22 xalla doqquzuncu, gəncəlilər 28 xalla yeddincidirlər.
Günün son matçı paytaxt Bakıda keçiriləcək. Lider “Qarabağ” öz meydanında “Zirə” ilə üz-üzə gələcək. Hazırda “atlılar” 77 xalla turnir cədvəlinə başçılıq edir. 41 xalı olan “qartallar” isə 5-ci sıradadır.
Azərbaycan Premyer Liqası
XXXI tur
21 aprel (cümə)
16:00. “Şamaxı” - “Kəpəz”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, İnqilab Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Şamaxı şəhər stadionu.
20:00. “Qarabağ” - “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamran Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“Azersun Arena”.
Turun “Turan Tovuz” - “Sabah” və “Səbail” - “Neftçi” oyunları aprelin 22-də, “Sumqayıt” - “Qəbələ” görüşü isə aprelin 23-də keçiriləcək.