“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatması zamanı hansı səbətdə yer alacağı dəqiqləşib.
Oxu.Az xəbər verir ki, ağdamlılar nisbətən güclülərin olacağı səpələnmişlər səbətində qərarlaşacaq.
Buna səbəb II təsnifat mərhələsinin oyununda Bolqarıstan təmsilçisi “Ludoqorets”in “Midtülland”a məğlub olmasıdır.
Belə ki, avqustun 31-də keçiriləcək püşkatmada Çempionlar yolu üzrə mübarizə aparan 10 komanda reytinqinə əsasən, hərəsində beş komanda olmaqla iki səbətə bölünəcək.
“Qarabağ” reytinqinə görə 6-cı nəticəyə malik idi. Bu isə onların ikinci “beşliy”ə düşməsi ilə nəticələnəcəkdi.
Daha reytinqli beş komandadan birinin – “Ludoqorets”in büdrəməsi isə Ağdam klubunu ilk "beşliy"ə salıb.
Zaur Xudiyev