Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
“Qarabağ”ın Avropa Liqasındakı rəqibinin Bakıya səfər proqramı müəyyənləşdi
Portuqaliyanın “Braqa” klubu UEFA Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunu üçün fevralın 20-də Bakıya gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, baş məşqçi Artur Jorjenin burada yeganə məşqi fevralın 21-də matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
“Braqa” rəhbərliyi Bakıya azarkeş də gətirəcək. Bunun üçün portuqaliyalılar 100 bilet istəyiblər.
Qeyd edək ki, fevralın 22-də keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Braqadakı ilk görüşdə “Qarabağ” 4:2 hesablı qələbə qazanıb.
"Ağdam" teqi üzrə xəbərlər
- Ağdamın Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlanıb
- Ağdamda Fərhadın məşhur heykəli bərpa olunur
- Xankəndi-Ağdam yolunda maşın aşıb, xəsarət alanlar var
- Ağdamda beş yeni məhəllə salınır: Şəhər sıfırdan inşa edilir - GÖYDƏLƏNLƏR UCALDILIR
- Ağdam şəhərində 107 milyon manatlıq layihələrin icrasına başlanılır