Ağdamın “Qarabağ” futbol klubunun İtaliyadan daha bir rəqibi ortaya çıxıb.
Oxu.Az xəbər verir ki, söhbət tunisli vinqer Kərim Laribinin transferi ilə bağlı aparılan danışıqlardan gedir.
“Verona” klubundan savayı, “Benvento” klubu da “Çezena”da çıxış edən tunisli futbolçuya elçi düşüb.
Qeyd edək ki, “Qarabağ”ın hər iki rəqibi yeni mövsümdən Seriya B-də (aşağı liqada) çıxış edəcək.
F.M.
www.oxu.az